Hz. İbrahimin vəsiyyəti

Rəbbimiz Hz.İbrahimi Quranda bizlərə Allah`ı yeganə sayan müvahhid kimi tanıdır:

"Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: "Mən sizin ibadət etdiklərinizdən tamamilə uzağam. Yalnız məni yoxdan yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!" İbrahim onu öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, qayıdalar!" ("Zuxruf" surəsi, 26-28).


Hz.İbrahimin bütün iman sahiblərinə qoyduğu bu miras tövhid inancıdır. Allah`ın mübarək elçisinin bu mirası onun sadəcə Allah`ın razılığını qazanmaq üçün yaşadığını, sadəcə Allah`ı dost və vəkil seçdiyini və sadəcə Allah`dan qorxub çəkindiyini bizlərə göstərir. Hz.İbrahim həyatı boyunca Allah`a heç bir şeyi ortaq qoşmadan yaşamağı qövmünə təbliğ etmişdir. Hz.İbrahimin vəsiyyəti "Bəqərə" surəsində belə xəbər verilir:


"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" -deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"" ("Bəqərə" surəsi, 131-132).


Hz.İbrahimin hidayət öndərliyi soyunda da davam etmiş, oğulları Hz.İsmayıl və Hz.İshaq, nəvəsi Hz.Yaqub və onun oğlu Hz.Yusif və onları davamçıları olaraq eyni soydan gələn digər mübarək elçilər də insanları din əxlaqını yaşamağa  hikmətli öyüdlərlə dəvət etməyi davam etdirmişdilər. Quranda Hz.Yaqubun vəsiyyəti xəbər verilərkən Rəbbimiz belə buyurur:


"Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allah`ına və ataların - İbrahimin, İsmailin və İshaqın Allah`ı olan tək Allah`a təslim olacağıq" - dedilər" ("Bəqərə" surəsi, 133).

Hz.İbrahimin ardınca gələn digər peyğəmbərlər də öz soylarına eyni vəsiyyəti etmişlər. Allah`a könüldən təslim olmalarını və müsəlman kimi ölmələrini tövsiyə etmişlər. Hər kim Hz.İbrahimin vəsiyyəti ilə hərəkət edərsə və sadəcə Allah`a qulluq edib bütün həyatını Onun rizası üçün sürdürərsə, Allah`ın rizasını və sonsuz xoşbəxtlik yurdu olan cənnəti uma bilir.