Hz. İbrahimin bütlərə qurduğu tələ

Quranda bildirildiyinə görə, Allah Ondan qorxan qullarına "doğrunu səhvdən ayırma" qabiliyyəti verir. Bu, sadəcə möminlərə xas olan çox böyük bir lütf, üstün bir nemətdir. Hz.İbrahimin qövmünü Allah`a iman etməyə dəvət edərkən əsas götürdüyü metodlar, verdiyi qərarlar və istifadə etdiyi üslub Allah`ın seçkin qullarına bəxş etdiyi bu böyük nemətin önəmli nümunələridir.


Hz.İbrahimin həyatındakı bu nümunələrdən biri qövmünün bütlərinə qurduğu tələdir. Hz.İbrahim çoxsaylı bir cəmiyətə qarşı təkbaşına mücadilə etmişdir. Bu, əlbəttə, təhlükəli bir vəziyyətin mövcudluğunu və bu səbəblə də tədbir görülməsinin vacibliyini göstərir. Belə ki, Hz.İbrahim də inkarçıların ona zərər verməsini və təbliğinin qarşısını almasını əngəlləmək üçün tədbirlər görmüşdü. Məsələn, ətrafındakı müşrikləri uzaqlaşdırmaq üçün "xəstəyəm" demişdi:


"Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz? Allah`ı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" İbrahim ulduzlara bir nəzər saldı. Və dedi: "Mən xəstəyəm!" Beləliklə, ondan üz çevirib getdilər" ("Saffət" surəsi, 85-90).


Hz.İbrahim inkarçı camaatı özündən uzaqlaşdırdıqdan sonra bütlərin yanına getmiş və onları parçalamışdı:


"İbrahim xəlvətcə onların tanrılarının yanına gedib dedi: "Məgər yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?" Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi" ("Saffət" surəsi, 91-93).


"Parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər" ("Ənbiya" surəsi, 58).


Hz.İbrahimin bütlərin birini salamat saxlamasının da önəmli bir hikməti vardı. Hz.İbrahimin qövmü bütlərin olduğu yerə gedəndə sözdə tanrılarının parça-parça olduğunu və yalnızca ən böyük olan bütün qaldığını gördü. Və bunu edən adamı axtarmağa başladılar. Hz.İbrahimin bütlərə və bu müşrik inanca qarşı olan mücadiləsini bildiklərinə görə bütləri onun qırdığını anladılar və intiqam almaq üçün Hz.İbrahimi axtarıb tapdılar:


"Dedilər: "Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalimlərdəndir!" Müşriklərin bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!" - dedilər. Qalanları: "Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!" - dedilər. Müşriklər İbrahimi tapıb gətirərək: "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?" - deyə soruşdular" ("Ənbiya" surəsi, 59-62).


Bu sual Hz.İbrahimin ən böyük bütü qırmayıb salamat saxlamasının səbəbini də ortaya çıxarırdı:


"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi" ("Ənbiya" surəsi, 63).


Inkarçılar Hz.İbrahimin bu cavabı üzərinə bütlərin danışmağa gücünün çatmayacağını istər-istəməz düşündülər və anladılar. O günə qədər bu daş parçalarının heç bir gücünün olmayacağını anlatmış Hz.İbrahimə inanmayan bu insanlar onun bu hikmətli planı ilə bu gerçəyi qavradılar:


"Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalimlərsiniz" -dedilər" ("Ənbiya" surəsi, 64).


Ancaq inkarçıların bu peşmançılığı qİsa çəkdi. Gerçəyi anlasalar da atalarından miras qalan müvəqqəti dünyəvi mənafelərinə uyğun olan şirk sistemini davam etdirmək üçün təkrarən Hz.İbrahimə qarşı çıxdılar:


"Sonra yenə də öz küfrlərinə qayıdaraq İbrahimə: "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər. İbrahim dedi: "Elə isə Allah`ı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allah`dan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?" Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!"" ("Ənbiya" surəsi, 65-68).


Hz.İbrahimin bu hadisədə ortaya qoyduğu hərəkətlər incə bir planı və hikməti göstərir. Qövmünə "xəstəyəm" deyərək onları yanından uzaqlaşdırmış və beləcə özünə rahat bir fəaliyyət imkanı yaratmışdır. Sonra bütləri qırmış, amma ən böyük olan bütə toxunmamışdı. Bunu bütlərin qırıldığını görən qövmünün verəcəyi reaksiyanın nədən ibarət ola biləcəyini düşünərək etmişdi. Hz.İbrahimin qurduğu bu tələ onun Allah`ın vəhyi ilə hərəkət edən üstün ağıl və bəsirət sahibi bir elçi olduğunu bizlərə göstərir. O, Allah`ın ilhamı ilə çox hikmətli bir tələ qurmuş və Allah`ın izni ilə çox gözəl bir nailiyyət əldə etmişdi. Bütləri qırdıqdan sonra bunun ən böyük büt tərəfindən edildiyini söyləməklə qövmünü öz inancını hesaba çəkməyə yönəltmişdi. Bəri başdan dəqiq qurduğu plan beləcə hissə-hissə gerçəkləşmişdi.


Hz.İbrahimin bütləri qırmasındakı əsl məqsədlərdən biri qövmünün sahib olduğu inanc sisteminin nə qədər ağıldankənar olduğunu onlara başa sala bilmək idi. Çünki qövmünün əgər bu etdiklərinin mənasız olduğunu anlamazsa, təkrarən yeni bütlər düzəldib onlara eyni şəkildə ibadət etməyə davam edəcəyini bilirdi. Bu səbəblə önəmli olan məsələ bütlərə sitayişin Allah`ın vəhyinə və imana qarşı olan batil bir azğınlıq olduğunu onlara başa salmaq idi.


Yeməyən, içməyən, hərəkət edə bilməyən heykəllərin bir insana zərər verə biləcəyini yaxud da bir fayda gətirə biləcəyini düşünmək çox böyük bir ağılsızlıqdır. Bunu düşünənlər, yəni bütpərəstlər bir sıxıntı, ya da çətinliklə qarşılaşanda bütlərdən mədəd umur, onlardan yardım istəyir, onların istəməyəcəyini düşündükləri bir şeyi etmirdilər. Çünki bu bütlərdən qorxur, cansız bütlərin bütün kainatı və canlıları var etdiyinə, bütün kainatı idarə etdiyinə, insanlara sağlıq, bərəkət, ruzi, güc, anlayış verdiyinə inanırdılar. Bu dərəcə qəflətə girəcək qədər ağılsız və anlayışsızdırlar. Allah müşriklərin nə qədər böyük bir azğınlıq içində olduqlarını ayələrdə bu şəkildə xəbər verir:


"Halbuki bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər! Siz onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun - birdir" ("Əraf" surəsi, 192-193).


"Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!" ("Əraf" surəsi, 195).

Ancaq bu anlayışsızlığın sadəcə Hz.İbrahim dövründə qaldığını zənn etmək səhv olardı. Bütpərəstlik fərqli adlar altında olsa belə hələ də yaşayır. Məsələn, Hz.İbrahimin qarşılaşdığı bütpərəstlərin inancları müasir dövrdə darvinistlərin inandıqları ilə çox böyük bir oxşarlığa malikdir.