Allahın Hz. İbrahimə peyğəmbərlik verməsi

Tarix boyunca yaşamış olan bütün cəmiyyətlər Allah`ın varlığından, birliyindən, sonsuz güc və qüdrət sahibi olmasından, axirət gününün varlığından və Rəbbimizin qullarından istədiklərindən mütləq xəbərdar olmuşlar. Allah bu gerçəyi Quranda belə xəbər verir:

"Biz hər ümmətə: "Allah`a ibadət edin, Tağutdan çəkinin! -deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!" ("Nəhl" surəsi, 36).

Elçilər Allah`ın xüsusi olaraq seçdiyi və üstün vəsflər verdiyi xoşbəxt insanlardır. Onlar hər zaman güclü imanları, gözəl əxlaqları, üstün xarakterləri və nümunəvi hərəkətləri ilə ətrafındakıların diqqətini çəkmiş, içində yaşadıqları qafil və azğın cəmiyyətdən ayrılmışlar. Onları digər insanlardan ayıran ən vacib vəsflərdən biri isə Allah`dan vəhy almalarıdır. Allah "Nİsa" surəsində bu şəkildə buyurur:

"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik" ("Nİsa" surəsi, 163).

Allahın vəhyini peyğəmbərləri vasitəsilə insanlara çatdırması bütün insanlar üçün çox böyük bir lütfdür. Çünki Allah ayələri ilə insanlara hidayət yolunu göstərmiş, ibadət formalarını öyrətmiş, gözəl əxlaqı tərif etmiş və Öz dinini qüsursuz şəkildə bildirmişdir. Rəbbimiz saleh davranış və ibadətlərin nə olduğunu peyğəmbərlərə vəhyi yolu ilə bildirdiyini "Ənbiya" surəsində bu şəkildə xəbər verir:

"Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 73).

Həyatları boyunca Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmağı hədəfləyən peyğəmbərlər Allah`ın əmrlərini tam şəkildə yerinə yetirərək hər zaman nümunəvi bir həyat yaşamışlar.

Peyğəmbərlik Allah`ın seçilmiş qullarına qismət olan şərəfli bir məqamdır. Allah bu şərəfli məqamı Hz.İbrahimə bir imtahandan sonra nəsib etmişdir. Quranda Allah Hz.İbrahimə peyğəmbərlik vəzifəsini verməzdən əvvəl onu imtahana çəkdiyini belə bildirir:

"Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, tamamilə yerinə yetirdi. "Səni insanlara imam təyin edəcəyəm" - dedi. (İbrahim isə:) "Nəslimdən necə?" - deyə soruşdu. "(Sənin nəslindən olan) zalimlər mənim əhdimə nail olmazlar" - buyurdu" ("Bəqərə" surəsi, 124).

Ayədə də bildirildiyi kimi, Hz.İbrahim Allah`ın bu imtahanı qarşısında çox itaətkar davranmış və Rəbbimizin əmrlərini tam şəkildə yerinə yetirmişdir. Bütün möminlər də eynilə Hz.İbrahim kimi Allah`ın əmrlərini qüsursuz şəkildə yerinə yetirməyə məsuldur. Hz.İbrahimin Allah`a olan qeyd-şərtsiz itaəti, Onun əmrlərinə boyun əyməsi hamımız üçün çox gözəl bir nümunədir.

Hz.İbrahim Allah`ın gənc yaşlarda ("Ənbiya" surəsi, 60) elçiliklə şərəfləndirdiyi, üstün cəhətlərə sahib olan bir quludur. Allah Hz.İbrahimi şirk içində olan qövmünün içindən seçib Öz dinini təbliğ etmək vəzifəsini ona nəsib etmişdir. Allah Quranda Hz.İbrahimə vəhy etdiklərini bizə bu ayə ilə
bildirir:

"Yoxsa onlar Allah`ın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik" ("Nİsa" surəsi, 54).

Yuxarıda göstərilən ayədə İbrahim ailəsinə, yəni Hz.İbrahimə və soyuna "Kitab və hikmət" verildiyi bildirilir. Rəbbimiz Hz.İbrahimə "səhifələr" verdiyini digər ayələrdə bu şəkildə xəbər verir:

"Halbuki axirət daha xeyirli və daha baqidir. Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur - İbrahimin və Musanın kitablarında!" ("Əla" surəsi, 17-19).

"Yoxsa ona Musanın səhifələrində olanlar xəbər verilmədi?! Və çox vəfalı olan İbrahimin (sühüfündəkilər bildirilmədi?!)" ("Nəcm" surəsi, 36-37).

Bu da onu göstərir ki, Allah Hz.Musaya Tövratın vəhyindən də əvvəl Hz.İbrahimə "səhifələr" nazil etmişdir. Bu səhifələrdə Hz.İbrahimin Allah`a təslimiyyətə istinad edən hənif dini var. Peyğəmbər əfəndimiz (s.ə.v.) də bu məsələ ilə bağlı bu şəkildə buyurur:

"Ey Allah`ın Rəsulu, Hz.İbrahim və Hz.Musanın səhifələrində onlardan hər hansı bir şey sizə endirildimi" deyə soruşdum, bu cavabı verdi:

- Ey Əbu Zərr! (Bəli, bu mənadakı ayələr nazil oldu deyib oxudu:) "Şübhəsiz ki, yaxşı təmizlənən və Rəbbinin adını zikr edib də namaz qılan kimsə umduğuna çatmışdır. Bəlkə siz dünya həyatını üstün tutarsınız. Halbuki axirət daha xeyirli, daha davamlıdır. Şübhəsiz ki, bunlar əvvəlki səhifələrdə, İbrahimlə Musanın səhifələrində də vardır".