Hz. İbrahimin məfkurəvi mübarizəsi

Hz. İbrahimin qövmü inkarda İsrar edən ən kobud və davakar bir cəmiyyət idi və ayələrdə də bildirildiyi kimi, bu qiymətli insanla mübahisəyə girməyə çalışmışdı. Hz.İbrahim isə başına gələn hər hadisədə böyük bir səbr göstərmiş, Allah`ı vəkil tutub Ona həmd edərək üstün bir əxlaq göstərmişdir. Hz.İbrahim qövmünə təbliğ edərkən daima bütün təbii dəlilləri ortaya qoymuş, Allah`ın ona bəxş etdiyi üstün hikmət sayəsində ən təsirli nümunələri vermiş və son dərəcə qaneedici bir metoddan istifadə etmişdir. O, Allah`ın xoşuna gələcəyi kimi bir əxlaq göstərmiş, insanlara hər zaman şəfqətlə və mərhəmətlə yaxınlaşmışdı.


Hz.İbrahim tətbiq etdiyi planla qarşısındakı bütpərəst cəmiyyətin batil inancının bütün təməl qaynaqlarını ortadan qaldırmışdı. Bu azğın inancların ən kiçik bir əqli təməli olmayan, məntiqə zidd gələn, Allah`ın vəhyinə tərs bir inanc olduğunu əsaslandırmışdı.


Qövmü və xüsusilə də atası Azər isə Hz.İbrahimə qarşı güc tətbiq etmək istəmişdi. Halbuki Hz.İbrahim sadəcə məfkurəvi bir çalışma etmiş, inkarçılara qarşı fikri bir mübarizə aparmağın nə qədər vacib olduğunu ortaya qoymuşdu. Qarşısındakılar onu daş-qalaq etmək, evindən qovmaq və hətta öldürmək istəmiş, amma o, qövmünün zülmlərinə gözəlliklə reaksiya vermişdi. Bu, Allah`ın iman edənlərə Quranda da əmr etdiyi üstün bir əxlaq özəlliyidir:


"Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" ("Fussilət" srəsi, 34).


Hz.İbrahim təvəkkül etmiş, camaatının düşməncəsinə davranışı qarşısında hər zaman Allah`a olan gücü, imanı, səmimiyyəti,  təslimiyyəti, ixlası ona güc vermiş, Allah`ın varlığını anlatmaq üçün çox təsirli metodlar tətbiq etmişdi. Həyatı boyunca çox böyük bir qətiyyət və şövqlə inkarçılara qarşı fikri mübarizə aparmış və Allah`ın rizası, rəhməti, cənnətindən başqa heç bir əvəz gözləməmişdi.


Bunu əsla unutmaq olmaz ki, hər kəsin iman etdiyi və Allah`ın rizasına görə yaşadığı bir cəmiyyət içində iman gətirmək daha asandır. Bu cəmiyyətdə insan ətrafındakı adamların həyatlarını gözləməyərək doğru yolu asanlıqla tapa bilir. Ancaq imansızların, Allah`ı inkar edənlərin sayca çox olduğu bir şəraitdə iman gətirmək, Allhın razı olacağı kimi bir həyat sürmək üçün daha ciddi bir qətiyyət lazımdır və bu səbəblə daha məqbul ola bilir (Ən doğrusunu Allah bilir). Hz.İbrahim də bu yönü ilə Allah`ın insanlardın üstün tutduğu xoşbəxt bir peyğəmbərdir.

Günümüzdə bəzi adamlar ətrafındakı insanların bir qismini Allah`ın varlığını inkar etməsi və Quran əxlaqının xaricindən həyat sürməsi səbəbi ilə ümidsizliyə düşməkdə, Allah`ın rizasını qazanmaq yönündəki istəklərini itirməkdədir. Halbuki müsəlman bütün dünya inkar etsə belə Allah`a könüldən təslim olmaq, Onun xoşlanacağı kimi bir həyat sürmək mükəlləfiyyətini daşıyır. Allah "Həqiqətən, İbrahim Allah`a müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı" ("Nəhl" surəsi, 120) ayəsi ilə Hz.İbrahimin gerçək imanı təkbaşına yaşaya bilən, sadəcə Allah`a yönələn bir qul olduğunu bildirir. Bu səbəblə də bütün iman edənlərin eynilə Hz.İbrahim kimi dəqiq qərar verib şərait nə olursa olsun, inkarçıların yalanları və tələləri qarşısında zəifləməməsi lazımdır.