Hz. İbrahimin bütpərəst qövmü ilə müasir dövrün darvinistləri arasındakı bənzərliklər

Hz. İbrahim zamanındakı müşrik qövmlər daşdan, torpaqdan və taxtadan heykəllər düzəldir, daha sonra öz əlləri ilə düzəltdikləri bu bütlərə sitayiş edirdilər. Azğın inanclarına görə sitayiş etdikləri heykəllərin kainatın fəaliyyəti üzərində bir gücə sahib olduğuna inanırdılar. Bu batil inanca görə, bütlər qərar vermək, bunları həyata keçirmək, canlıları cəzalandırmaq, ya da mükafatlandırmaq səlahiyyətinə malikdir. Başqa sözlə, müşriklər bu heykəlləri meydana gətirən cansız maddənin sözdə yaratma və insanları idarə etmə gücünə sahib olduğunu zənn edidilər. Heç şübhəsiz ki, bu, çox böyük bir azğınlıq, Allah`ın Quran ayələrində bildirdiyi çox böyük bir günahdır. Belə ki, Allah bir Quran ayəsində bu şəkildə buyurur:


"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allah`a şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur" ("Nİsa" surəsi, 48).


Hal-hazırda da Darvinin təkamül nəzəriyyəsini müdafiə edənlər Hz.İbrahim zamanında yaşayan bu insanların azğın inanclarına çox bənzəyən bir batil anlayışın ardınca gedirlər. Onlar da karbon, hidrogen, oksigen, kalsium, maqnezium, dəmir kimi elementlərin, tərkibində müxtəlif minerallar olan palçıqlı suyun zamanın və təsadüflərin yardımı ilə üstün bir gücə və azad iradəyə sahib olmasına inanırlar. Darvinistlərin azğın iddialarına görə, dünyanın ilk dövründəki palçıqdan zaman içində təsadüflərin yardımı ilə canlı aləm meydana gəlmişdir.

Təbiətdəki bütün gözəllikləri, heyvanları və ən vacibi şüurlu bir insanı yaratma qərarını sözdə yenə bu palçıqlı su, zaman və təsadüf üçlüyü vermişdir. Bu batil inancın kökü cansız maddələri ağıl və iradə sahibi, qərar verə və bu qərarları həyata keçirə bilən varlıqlar kimi qəbul etməyə qədər getməkdə və beləcə maddə adətən bir tanrı kimi görülməkdədir. Bu vəziyyətdə kainatda görülən hər varlığın öz-özünə və təsadüflər nəticəsində meydana gəldiyi iddia edilir və hər varlıq təsadüflərlə birlikdə tanrı kimi qəbul olunur (Allah`ı tənzih edərik). Halbuki öz bədənindən başlayaraq ətrafını əhatə edən canlı və cansız varlıqları incələyən hər insan bütün kainatı sonsuz bir gücə, ağıla və elmə sahib olan bir Yaradıcının var etdiyini görəcək. Üzərində yaşadığı planetlə bədəni arasındakı qüsursuz uyğunluq, kosmosdakı qalaktikalar, ulduzlar və bütün digər göy cisimləri arasındakı tarazlıqdan saymaqla qurtarmayan qədər misli-bərabəri olmayan nemətlərlə bəzənmiş yer üzünə qədər hər bir detal sonsuz mərhəmət və şəfqət sahibi olan bir Yaradıcının varlığının dəlillərindəndir. O üstün Yaradıcı aləmlərin Rəbbi olan Uca Allah`dır. Rəbbimiz insanın bir az düşünərək tapa biləcəyi bu açıq gerçəyi Hz.İbrahim kimi elçilərin vasitəsi ilə də bütün insanlara bildirmişdir. İnsanlar tarix boyunca bir çox insanlara anladılan gerçəkləri inkar etmiş, Allah`ın varlığını inkarda dirənmişdilər. Allah son vəhyi olan Quranda bu cür insanların varlığını belə bildirir:


"Allah`a ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. Onlara de: "Ayələr ançaq Allah`ın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?" Biz onların ürəklərini və gözlərini əvvəlcə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq. Əgər Biz mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bilməz" ("Ənam" surəsi, 109-111).


Göründüyü kimi, şüursuz mineralların, atomların və təsadüflərin qüsursuz layihələr ortaya çıxardığını iddia etməklə heykəllərin önündə əyilib taxta heykəldən sağlıq və bərəkət istəmək eyni azğınlığın davamından başqa bir şey deyil. Dəyişən yeganə şey bu azğınlığa verilən adlar, bunu tərif etmək üçün istifadə edilən anlayışlardır.


Hz.İbrahimin içində yaşadığı, Allah`a ortaqlar qoşan azğın cəmiyyətin sahib olduğu inanca görə, kainatı düzənləyən, idarə edən, canlıları yönləndirən, hərəkət etdirən müxtəlif bütlər vardı. Darvinistlər də bənzər bir şəkildə bütün canlıların və kainatdakı qüsursuz nizamın cansız maddələrin (atomların, molekulların, təbii güclərin, cisimlərin kimyəvi və fiziki xüsusiyyətlərinin) təsiri ilə yarandığına inanırlar. Bir bütpərəstin bütləri belə güclü sayması kimi darvinistlər də "maddənin öz-özünü təşkil etməsi", "təbiətin bu müxtəliflikləri yaratması" kimi anlayışlarla cansız maddələrin xəyali bir yaratma gücünün olduğunu iddia edir, onları bütləşdirirlər.


Bu vəziyyət təkamül nəzəriyyəsini müdafiə edən məşhur nəşrlərdə açıqca görünür. Bu nəşrlərdə yer alan yazılarda darvinistlərin bütlərindən tez-tez bəhs edilir, bu bütlərin başında dayanan bütü də "Ana təbiət" adlandırırlar. Bu azğınlığı müdafiə edənlər kainatdakı bütün inkişaf və yeniliklərin, dəyişmələrin sözdə Ana təbiətin - ya da Təbiətin - idarə etməsinə və onun iradəsi ilə gerçəkləşdiyinə inanırlar. Canlılardakı qüsursuz gözəlliklərin, bütün canlıların meydana gəlməsini, ölümünü, təbii fəlakətlərin Ana təbiətdən gəldiyini bilir, bunları onun əzabı və ya möcüzəsi sayırlar. Təbiətdəki bir gözəllikdən bəhs edərkən "təbiətin insana ərməğanı", bir fəlakətdən bəhs edərkən də "Ana təbiətin qəzəbi" kimi azğınlıqlarını göz önünə sərən cümlələrdən istifadə edirlər. Ancaq Ana təbiətin gücünü haradan aldığına və yaxud da kim olduğuna dair heç bir açıqlama gətirməzlər. Bu, əlbəttə, çox böyük bir ağılsızlıq, çox çirkin bir iftiradır. Bəhs etdiyimiz adamlar Allah`a açıq-aşkar şirk qoşur və bu batil inanclarını da sözdə elmi bir bünövrəyə bağlamağa çalışırlar. Darvinizmin müasir tənqidçilərindən biri olan amerikalı mütəfəkkir, professor Filipp Conson təkamül nəzəriyyəsinə və ümumi olaraq çağımızdakı materialist fəlsəfəyə olan inancın bir növ bütpərəstlik olduğunu belə açıqlayır:


“İnkar hər zaman biz insanlar üçün çaşdırıcı bir vasitə olmuşdur. Açıq ateizm isə inkarın ən səthi və qabarıq formasıdır... (İnkarın) digər bir köhnə strategiyası isə Yaradıcının yerinə nəzarətimiz altındakı bir başqa varlığı yerləşdirməkdir. Bunun adı bütpərəstlikdir. İbtidai qəbilələr bütlərini taxtadan və ya gildən düzəldirdlər. Müasir intellektuallar isə öz nəzəriyyələrini bütləri halına gətirməkdədir... "Tanrı" kəlməsindən istifadə etsələr belə bunu təsadüf və təbiət qanunları kimi göstərirlər. Bu strategiyadan istifadə edənlərin hamısı Yaradıcının yerinə yaradılmış varlıqları qoyurlar ki, bu da bütpərəstliyin özüdür".


Həqiqətən də "Bütün kainatı yoxdan var edən Rəbbimizin yerinə, özü də yaradılmış olan aciz varlıqları qoymaq" (Allah`ı tənzih edərik) min illərdən bəri gələn bütpərəstliyin təməl daşıdır. Hz.İbrahim də eyni azğın dünyagörüşünə sahib olan qövmü ilə mücadilə etmişdi. Allah ayələrində bunu belə bildirir:


"O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?" ("Məryəm" surəsi, 42).


"İbrahim atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman. Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər. İbrahim onlara: "And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!" - demişdi" ("Ənbiyə" surəsi, 52-54).


Maddənin ağlının olmaması, bu səbəblə də maddi varlıqlara ağıl istinad etməyin böyük bir səhv olduğu açıq-aşkar məsələdir. Atomların, molekulları, palçıqlı suyun yaxud da təsadüflərin bir şüuru, qərar vermə gücü, düşünmə qabiliyyəti yoxdur. Atomlar şüursuz, cansız maddələrdi. Halbuki kainatda var olan hər şeyin ancaq üstün bir şüur və iradənin varlığı ilə həyat tapa biləcəyi açıq bir gerçəkdir. Bu üstün şüur və iradənin hamısı aləmlərin Rəbbi olan Allah`a aiddir. Bütün kainat sonsuz elm sahibi olan Allah`ın yaratmasıdır. Kainatın hər detal və incəliyində Allah`ın yaradıcı gücündəki qüsursuzluq, üstün ağıl və qeyri-adi elm açıqca görünür. Allah canlı-cansız bütün varlıqları yoxdan var etmiş, bu varlıqların hər birinə insanı böyük bir təəccüb içində buraxan mükəmməl özəlliklər bəxş etmişdir.


Hz.İbrahim Ayın, Günəşin ya da ulduzların bir yaradıcı güclərinin olmayacağını insanlara göstərmiş və bu şəkildə onları şirk qoşmaqdan daşınıb Allah`a iman etməyə çağırmışdı. Bu vaxt tutduğu yol isə - daha öncə də bildirdiyimiz kimi - özündə bizlər üçün çox önəmli olan işarələri ehtiva edir. Hz.İbrahim əvvəlcə "ola bilməyəcəkləri" - yəni bütpərəstliyin əsasını təşkil edən inancların batil və gücsüz olduğunu - insanlara Allah`ın ilhamı ilə ən hikmətli və ən təsirli şəkildə göstərmişdir. Müasir dövrümüzdə bəziləri darvinizm və materializm kimi ateist fəlsəfələrin keçərsizliyinin və bunları müdafiə edən kimsələrin səhvlərinin açığa çıxarılmasına ehtiyac olmadığını söyləyirlər. Onların fikrincə, Allah`ın üstün yaratma sənətinin söylənilməsi kifayətdir və darvinizmin geçərsizliyinin söylənilməsinə ehtiyac yoxdur. Halbuki bu, son dərəcə səhv bir fikirdir. Çünki insanların illərdən bəri alışdığı səhv düşüncə şəkillərini aradan qaldırmağın ən önəmli yollarından biri onların ağıllarında yer alan bütün sual işarələrinin bir-bir açıqlanmasıdır. Bu səbəblə də insanlara Allah`ın varlığının dəlillərini, Rəbbimizin yaratma gerçəklərini anladarkən bir yandan da təkamül nəzəriyyəsinin geçərsiz olmasının mütləq açıqlanması lazımdır. Beləcə, insanlar öz fikirlərinin nə qədər əsassız olduğunu, illərlə böyük bir yalanın arxasınca getdiklərini qavrayacaq və Allah`ın varlığının açıq bir gerçək olduğunu daha asan anlayacaqlar.


Darvinizmin niyə keçərsiz olmasının maddə-maddə anladılması bu anlayışı müdafiə edən insanların istinad etdiyi bütün qaynaqları ortadan qaldırır. Beləcə, bütün "səhvlər və imkansızlıqlar" ortaya çıxmış olur. Hz.İbrahim də Allah`a olan möhkəm imanından qaynaqlanan üstün qavrayışı və bəsirəti sayəsində daş və taxta bütlərin yaxud da Günəşin, Ayın, ulduzların bu şəkildə tanrı olmayacağını dəlilləri ilə və ən hikmətli şəkildə ortaya qoymuşdur. Allah`ın varlığını və yaradılış gerçəyini təbliğ edən insanlar da gözəl əxlaqı və güclü imanı ilə Allah`ın insanlara nümunə göstərdiyi Hz.İbrahimlə eyni üslubu izləyə bilirlər.


Hz.İbrahimin qövmü ilə darvinistlr arasındakı digər bir bənzərlik də təbliğ qarşısında verdikləri cavablardır. Bütpərəstlər daş və taxta heykəllərin heç bir şeyə gücünün çatmayacağını başa düşmüş və bunu özləri də dilə gətirmişdilər. Allah "Onlar bir-birinə müraciətlə: "Axı siz özünüz haqsızsınız" dedilər ("Ənbiya" surəsi, 64) ayəsi ilə bizlərə bu gerçəyi bildirir. Ancaq gerçəklikləri açıq görmələrinə və qəlbdən qəbul etmələrinə baxmayaraq inkarda dirənmiş, bütlərinə sədaqət göstərməkdə qərarlı olmuşdular.


Darvinistlər də təkamül nəzəriyyəsinin elm qarşısında bütün sübutlarını itirdiyini, günümüzdə darvinizmi elmi dəlillərlə isbat etməyin imkansız hala gəldiyi çox yaxşı bilirlər (Ətraflı məlumat üçün bax: "Təkamülçülərin etirafları", II nəşr, Harun Yəhya, Araşdırma Yayınçılıq). Allah`ın üstün yaratma dəlillərini ortaya qoyan hər çalışma onları daha da böyük bir ümidsizliyə və uğursuzluğa sürükləməkdədir. Canlılardakı qüsursuz nizam nümunələri, kompleks sistemlər, mükəmməl yaradılış detalları alimlər tərəfindən bir-birinin ardınca açıqlanmaqda, darvinizmin iddiaları elm qarşısında bir-bir ortadan qaldırılmaqdadır. Ancaq darvinistlər bunu açıqca qəbul etmir, bu düşüncələrini sadəcə sətir aralarında və istəmədən dilə gətirir, amma tam mənası ilə qəbul edə bilmirlər. Bu mövzudakı hər mübahisədə darvinistlər nəzəriyyələrini kor-koranə müdafiə edir, qarşı tərəfin dəlillərini isə görmürlərmiş kimi fikirlərinə davam edirlər.


Bu məqamda iman edənlər çox vacib bir gerçəyi əsla unutmamalıdır: vacib olan şey bir gerçəyi sözlə təsdiq etmək görünüşdə qəbul etmək deyildir. Vacib olan şey qəlbən bu gerçəyin fərqində olmaqdır. Darvinistlər də yaradılış gerçəyini qəlbən qəbul etmiş vəziyyətdədir. Onların öz səmimi düşüncələrini insanların önündə dilə gətirməsi bu gerçəyi dəyişdirməkdədir. Üstəlik darvinistlərin yaradılış gerçəyini vicdanən çox yaxşı başa düşdükləri halda onu rədd etməsi Quranda bizlərə bildirilən bir gerçəyi də ortaya qoyur: "Sadəcə az bir camaatın iman edəcəyi".


Iman edənlərin üzərinə düşən vəzifə isə gerçəkləri təkrar-təkrar başa salmaq, başa düşənlər üçün yeni metod və üslublar tapmaq, insanlara Allah`ın dinini ən gözəl şəkildə təbliğ edə bilmək üçün geniş şəkildə bir zehni fəaliyyət həyata keçirmək olmalıdır. Bu mücadiləni həyata keçirəcək adamlar Allah`a təslimiyyətli və təvəkküllü olmalıdır. Çünki qarşılarındakı adamlara hidayət verəcək olan Allah`dır. Bütün anladılanlar təbliğ edilən adamlara ancaq Allah`ın bunu istəyəcəyi təqdirdə təsir göstərəcəkdir.


Hz.İbrahim də qövmünə təbliğ edərkən çox səbrli davranmış, təvəkkülü və təslimiyyəti ilə bütün insanlara nümunə olmuşdur. O, hər vəziyyətdə Allah`ın onunla birlikdə olduğunu bilmiş, hər anı olduğu kimi, çətin görünən hadisələri də Allah`ın yaratdığına və Rəbbimizin hər hadisəni ən gözəl və ən xeyirli şəkildə sonuclandıracağına iman etmişdi. Qövmünün hədələri qarşısında əlindən gələn bütün cəhdləri göstərmiş, ancaq nəticənin Allah`a aid olduğunu bilərək Ona arxalanıb etimad etmişdi. Allah onun bu gözəl təvəkkülü qarşısında onu daim güclü və uğurlu etmişdir.